- 17:52
Göygöldə mebel mağazasından oğurluq etməkdə təqsirləndirilən Azər Əliyevə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Göygöl Rayon Məhkəməsində hakim Leyla Hüseynzadənin sədrliyi ilə keçirilən prosesdə A.Əliyev Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.
İttihama görə, A.Əliyev Göygöl rayonu, Quşqara kəndində yerləşən “Paris Mebel” salonun saxlanc yeri hesab edilən müdir otağının qapısını özündə olan açarla açaraq qanunsuz daxil olub orada olan dəmir seyfin üzərindən 4000 manat məbləğində nəğd pulu oğurlayıb.
Şəbnəm Mehdizadə