- 17:52
Abşeronda Qarabağ müharibəsinin iştirakçısına qarşı dələlduzluq etməkdə təqsirləndirilən Xəyal Kərimovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, X.Kərimov Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışına Qarabağ müharibəsi əlillərinə Abşeron rayonu Pirəşəkül qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılmasını yalandan bildirib, Pirəküşkül qəsəbəsində boş sahəni sonuncuya göstərib, həmin torpaq sahəsini alacağına köməklik edəcəyini yalan vəd verib aldadaraq 750 manat pulunu alıb ələ keçirərək dələduzluq edib.
Şəbnəm Mehdizadə