- 17:33
Mərkəzi Bank “Azma Group” MMC barəsində inzibati prtokol tərtib edib.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, şirkət tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə 19 sentyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülüb. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarlmbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xidməti ölkəyə idal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılıb. Bununla da “Azma Group” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib.
Məhkəmənin qərarı ilə “Azma Group” inzibati xətanın obyekti olmuş 100000.00 ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 20000 ABŞ dolları məbləğində cərimə olunub.
Şəbnəm Mehdizadə