Quzu xəstələndiyinə görə arvadını döydü - Bu cəza verildi


  • 17:04

Biləsuvarda kişi mal-qaraya yaxşı baxmadığını bəhanə edərək həyat yoldaşnı döyüb.

E-huquq.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonu, Xırmandalı kəndində baş verib.

Belə ki, 34 yaşlı kişi işdən sonra yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul edib. Həmin gün saat 23 radələrində o, yaşadığı evə qayıtdıqdan sonra onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənib və spirtli içkinin təsiri altında olduğu üçün quzusunun xəstələnməsinə görə arvadını günahkar bilib və həmin şəxsə illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını deyərək irad tutub. Bu zəmində onlar arasında mübahisə yaranıb və həmin mübahisə vaxtı o, özündən çıxaraq, arvadının üzərinə hücum edib, sonuncunun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsə 360 saat ictimai işlər növündə cəza təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər