- 17:58
Xəzər rayonunda həyat yoldaşını namaz qılarkən qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Daha sonra dövlət ittihamçıxı çıxış edib. O Ramil Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillərin çıxışından sonra hökm oxunub. Hökmə əsasən M.Ramil 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevralın 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qılarkən küt alətlə qətlə yetirilib. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu ölkədən qaçıb.
Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılıb.
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Ramil Məhərrəmov bu ilin martında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Humay Eminqızı