- 17:38
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirirlən Zair Hüseynovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Z.Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Abşeron rayonu Yeni Saray yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Qayo İnşaat" mağazasının qarşısında yolu keçən ər və arvadını vurub. Nəticədə 1972-ci il təvəllüdlü Könül Şeydayeva hadisə yerində ölüb. 1968-ci il təvəllüdlü Polad Şeydayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Şəbnəm Mehdizadə