- 17:13
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Mirzəli Abbasov təqaüdə yola salınıb.
E-huquq.az xəbər verir ki, bununla əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdə məhkəmənin sədri Mübariz Əkbərov Mirzəli Abbasovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərdiyini qeyd edib. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.
Hakim Mirzəli Abbasovun bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub.
Mirzəli Abbasov da öz növbəsində Bakı Apellyasiya Məhkəməsində işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Mirzəli Abbasova yubiley hədiyyəsi təqdim olunub.
