İcra başçısının sabiq müavininə hökm oxundu


  • 31 Oktyabr 17:45

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V. A. və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prossesdə hökm oxunub.

Hökmə əsasən, T.B 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. V.A barədə isə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cinayət işinə xitam verilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər