Arvadının qətlində təqsirləndirilən şəxsə 10 il cəza verildi


  • 31 Oktyabr 18:18

Lökbatanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin məhkəməsi başa çatıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Rəşad Tağıyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən T. Rəşad 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər