- 31 Oktyabr 21:22
 
                     
            Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.
İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, İslam Rzayev DTX-nın Balakən rayon icra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.