- 21:48
Roman Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən Rəşid Babayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rəşid Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev həmkəndlisi, 1974-cü il təvəllüdlü Roman Əsgərovu qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı