Sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq etdi: "Pulu qızımın əməliyyatına xərclədim"


  • 3 Noyabr 17:19

Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq etmədkə təqsirləndirilən Toğrul İsayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.İsayev Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 1 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

İttihama görə, T.İsayev tanışına sürücülük vəsiqəsi düzəldəcəyini yalandan vəd verib aldadaraq 1310 manat məbləğində pulunu ələ keçirib. O, məhkəmədə ifadəsində bildirib ki, həmin pulu qızının əməliyyatına görə xərcləyib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu və əməlindən peşman olduğunu qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər