Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxslərə hökm oxundu


  • 15:43

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bayram Aslanov və Rəşad Quliyevin cinayət işi üzrə yekun məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən B.Aslanov 8 il, R.Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddəsi üzrə cinayət işi açılıb.

Cinayət işində 3 nəfər - Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar.

Humay Eminqızı

Oxşar xəbərlər