Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib


  • 14:54

Din xadiminin həyatına sui-qəsd etmə cinayətinə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
N.İsmiyevin vəkili vəsatətlə çıxış edərək işin ağırlığı ilə əlaqədar hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Vəsatət təmin olunub və hazırlıq iclasının təxirə salınması barədə qərar qəbul edilib.

Məhkəmənin hazırlıq iclasının davamı 20 noyabr tarixində keçiriləcək.

Qeyd edək edək ki, DTX tərəfindən saxlanılan Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Humay Eminqızı

Oxşar xəbərlər