- 16:43
Ağsuda viza düzəltmək adı ilə dələlduzluq etməkdə təqsirləndirilən Nurlan Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Ağsu Rayon Məhkəməsində hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Şahmarov 1500 manat məbləğində cərimə olunub.
İttihama görə, N.Şahmarov tanışına Polşa Respublikasına getmək üçün viza düzəldilməsində köməklik edəcəyi vədini verib onun 2840 manat pulunu ələ keçirərək dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə