Bakıda 75 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs 19 il azadlıq məhrum edildi


  • 14:05

Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.

Daha sonra isə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxışında Süleyman Cəbiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edirb.

Daha sonra məhkəmə müşavirəyə gedib, müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, o 19 il müddətinə azadlıqdan məhrum edilib.

O cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.

Qeyd edək ki,hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanin yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.

Faktla bağlı cinayət işi açılıb. Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər