- 26 May 20:35
Dövlət Gömrük Komitəsi Akademiyasının Gömrük işinin təşkili və idarərtməsi fakultəsinin Hüquqşünaslıq ixtisasının tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
E-huquq.az xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Ələsgər Novruzov məktəblilərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

.jpg)