Fərhad Abdullayev: Məhkəmə sistemində süni intellektin tətbiqi müasir dövrün tələbidir


  • 09:35

Bu gün bir çox digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi qarşısında yeni çağırışlar və tələblər dayanır.

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il keçir" adlı məqaləsində qeyd edib.

O bildirib ki, müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır:

"Ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, eyni zamanda innovativ texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir".

Oxşar xəbərlər