KM sədri: Hüquqi dövlətdə insan hüquqlarının təminatı böyük əhəmiyyət kəsb edir


  • 09:40

Hüquqi dövlətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir.

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev məqaləsində qeyd edib.

O bildirib ki, Konstitusiyada həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur:

"İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində əsas hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilib".

Oxşar xəbərlər