- 09:42
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadə verməsi təklif olunsa da, o ifadə vermək istəməyib və daha əvvəl məhkəməyə verdiyi ifadəni təsdiq edib.
Təqsirləndirilən şəxsin ifadəsi elan edilib.
Məlum olub ki, Bəyiş Quliyev təqsirləndirilənin qonşusu olub. Münaqişə mərhumun Elşən Rzayevin maşınını idarə edərkən yol polisi tərəfindən saxlanaraq cərimələnməsi ilə başlayıb. Daha sonra bu səbəbdən qonşular arasında münaqişə yaranıb. Cərimənin kim tərəfdən ödənilməsi məsələsimdə qonşular ortaq məxrəcə gələ bilməyib. Bəyiş cəriməni ödəməkdən imtina edib.
Təqsirləndirilən elan olunan ifadədəni bıçaqla olan epizod istisna olmaqla təsdiq edib.
“Hadisə günü evdə idim. Oğlum dedi ki, Bəyiş səni çağırır. Çölə çıxanda onu tapmadım. Sonra köşk tərəfə gedib siqaret aldım, evə qayıdanda o, qarşıma çıxdı. Saat 11-12 radələri idi. İçkili idim, amma özümü itirməmişdim. Münaqişə söyüşə görə olub”, - təqsirləndirilən əlavə edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi, anası Rəfaqət Quliyeva ifadəsində bildirib ki, hadisə baş verən gün oğlu evdə olub: “Uşaq evdə idi, 10 dəqiqəlik çölə çıxdı. Mən pəncərədən səs eşitdim. Oğlum qışqırırdı ki, təcili yardım çağırın. Hadisənin birbaşa şahidi olmamışam. Amma çölə çıxanda Elşənin əlində qan gördüm. Onun yanında 2 nəfərdə var idi”.
Mərhumun bacısı Hunay Quliyeva təqdirləndirilən şəxsi qonşu kimi tanıdığını bildirib: “Qardaşımla evdə uşaqla oynayırdıq, sonra getdi çörək almağa. Pəncərədən səs eşidəndə anamla çıxdıq çölə. Təqsirləndirilənin əlindən qan axdığını görmüşəm”.
Daha sonra Elşən Rzayevin yoldaşı Xanım Sadıqova ifadə verib: “Dekabrın 30-u gecə 1 radələri idi, yoldaşım evə içkili gəlmişdi. Telefonuna zəng gəldi və evdən çıxdı. Hadisənin birbaşa şahidi olmamışam. Yoldaşım evə qayıdanda üzərində qan var idi”.
Təqsirləndirilən şəxsin qayınatası Arif Sadıqov ifadəsində bildirib ki, Elşən Rzayev evə gələndə əlində qan izi olub: “Qanı görəndə nə olduğunu soruşandum, dedi ki, mübahisədə kimisə vurub. Polisə təslim olmağa getdiyini dedi”.
Arif Sadıqovun ifadəsindən sonra məhkəmə zalında tərəflər arasında mübahisə yaranıb.
Rəfaqət Quliyeva bildirib ki, Elşən Rzayev qaynatasından onu gizlətməyi istəyib.
Hadisə şahidi olan qonşu Natiq Sultanov Bəyişin əlində bıçaq olmadığını və bıçağın Elşəndə olduğunu deyib.
Məhkəmədə iştirak etməyən digər şahidlər barəsində məcburi gətirilmə qərarı verib.
Məhkəmənin növbəti iclası 21 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2(qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı