Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri beynəlxalq konfransda iştirak edib - FOTO


  • 16:01

16-19 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Məhkəmə İdarəçiliyi üzrə Beynəlxalq Assosiasiyasının (IACA) təşkilatçılığı ilə “Məhkəmə idarəçiliyinə qlobal baxışlar” adlı beynəlxalq konfrans keçirilib.

Bu barədə e-huquq.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Tədbirdə IACA-nın üzvü qismində Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov iştirak edib.

Konfrans çərçivəsində “Məhkəmə idarəçilərinin səlahiyyətləndirilməsi, imkanlarının artırılması və bərabərliyi”, “Ədalət mühakiməsinin həyata keçirilməsinə süni intellektin təsiri”, “Hakimlərin və məhkəmə əməkdaşlarının təhsili və karyera inkişafı”, eləcə də “Məhkəmə idarəçiliyinin, ədalət mühakiməsinə çıxış imkanlarının optimallaşdırılması” və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına istiqamətlənən digər mövzulara dair təqdimatlar edilmiş, müvafiq sahələr üzrə ekspertlərin, alimlərin, hakimlərin, müxtəlif ölkələrin məhkəmə sədrlərinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Tədbir iştirakçıları həmçinin Dubay məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılmış müasir infrastrukturla yerində tanış olmaq imkanı əldə ediblər.

Konfrans məhkəmə idarəetməsində müasir metodların tətbiqi, beynəlxalq təcrübədə fərqli məhkəmə modellərindən istifadə, ədalət mühakiməsində süni intellektin tətbiqi imkanları, rəqəmsal transformasiya və məhkəməyə əlçatanlığın artırılması kimi məsələlərin nəzəri və praktiki aspektlərinin müzakirəsi baxımından əhəmiyyətli və səmərəli olub. Bu müzakirələr iştirakçılara mövcud inkişaf istiqamətlərini təhlil etmək, qabaqcıl təcrübə mübadiləsi aparmaq və məhkəmə sistemlərinin inkişafına yönəlmiş yeni yanaşmaları müəyyənləşdirmək imkanı yaradıb.

Oxşar xəbərlər