Oteldə anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 12:01

Anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edildikdən sonra onun anket məlumatları yoxlanılıb.

Məlum olub ki, A.Qasımlı 2009-cu ildə Qazaxda anadan olub. O, təhsilini 6-cı sinifə kimi davam etdirdikdən sonra Türkiyəyə köçüb.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin ilkin baxış iclası 3 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 -ci maddəsi üzrə cinayət işi açılıb.

Təqsirləndirilən barəsində həbsqətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər