12 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı


  • 14:05

12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib, S. Məmişov özünü qismən təqsirli bildiyini, E. Xuduyev isə təqsirli bilmədiyini bildirib.

Məhkəmənin növbəti iclası 17 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 27-də Rusiya Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Baş Prokurorluğuna göndərilib.

İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

S.Məmişov və E.Xuduyev Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Humay Eminqızı

Oxşar xəbərlər