- 14:05
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəhim Mehdiyev və Qismət Bədirovun barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxslərin vəkili Elşad İsayev məlumat verib.
Onun sözlərinə görə, müdafiə tərəfinin verdiyi apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxslərin hər biri barəsində bəraət hökmü çıxarılıb.
Vəkil deyib ki, həmin şəxslər Cəlilabad Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
"Birinci instansiya məhkəməsi müdafiə tərəfinin qanuni və əsaslı vəsatətlərinin heç birini təmin etməməmiş, eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq onların cinayət işinin materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmişdi", - E.İsayev bildirib.
Humay Eminqızı