Nahid Şəmşirovun məhkəməsi başladı


  • 26 Noyabr 2025 17:57

Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin ilkin baxış iclası 10 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.

Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.

Humay Eminqızı

Oxşar xəbərlər