Prokuror kibercinayətkarlıqda təqsirləndirilən dəstə üzvlərinə cəza istədi


  • 18:13

Xüsusi proqramlardan istifadə etməklə bank kartlarından oğurluqda və digər cinayətlərdə təqsirləndirilən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı Elvin Mirzəyev R.Cavanşirin 10 il, Ə. Mehmanın 10 il, N. Qulaminin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkillər isə çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 3 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Həmçinin dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

Humay Eminqızı

Oxşar xəbərlər