- 18:47
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, o, dörd epizod üzrə dələduzluq edib.
Təqsirləndirilən A.Əsədli yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada ümumilikdə 255 minmanat alıb. O, sözügedən puldan bir qismini geri qaytarıb.
A.Əsədli iş üzrə zərərçəkən qismində tanınan Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Alınan məbləğdən 3400 manat geri ödəniş edilib.
Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin isə 4250 manat geri qaytarıb.
Tamara Allahverdiyevadan isə ümumilikdə 78500 manat pul alıb. Dəyən ziyandan 17 min manatı geri ödəniş edib.
A.Əsədli cinayət işi üzrə özünü təqsirli bilməyib.
Proses 19 dekabrda Anar Əsədlinin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Zərərçəkmiş şəxslər Etibar Nəsirov, Hüseyn İlham, Tamara Allahverdiyeva və politoloq Oqtay Qasımovdur.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə A.Əsədlinin ev dustaqlığına buraxılsa da, məhkəmənin ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Humay Eminqızı