Əli Kərimli həbs olundu


  • 14:42

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmənin qərarına əsasən onun barəsində - 2 ay 15 gün müddətinə həbsqətimkan tədbiri seçilib.

Qeyd edək ki, partiya sədri 29 noyabr tarixində saxlanılıb. Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər