- 14:42
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən onun barəsində - 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahim 29 noyabr tarixində saxlanılıb. Onun barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı