- 1 Dekabr 19:58
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.
Tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Sərvər Vəliyev tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

