- 17:21
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O R.Əmirovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 8 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, R.Əmiro Bakının Nizami rayonunun həyat yoldaşı Ləman Əmirovanı yaşadığı mənzildə döyərək öldürməkdə təqsirləndiirlir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinini istintaqı zamanı məlum olub ki, Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub.
Humay Eminqızı