- 11:53
Şəmkirdə tanışını bıçqlamaqda təqsirləndirilən Qafar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2005-ci il təvəllüdlü Q.Abbasov özünün istifadəsində olan “Samsung A51 markalı” mobil telefonu tanışı Elmar Abdullayevə məxsus “Samsung A6” markalı mobil telefonla dəyişib. Lakin geri qaytardıqdan sonra sonuncuya verdiyi mobil telefonda nasazlıq yaranıb. Buna görə də aralardında mübahisə yaranıb. Mübahisə zamanı E.Abdullayev onun ünvanına nalayiq ifadələr işlədib, ailə üzvlərini təhqir edib və başla bir dəfə onun üz nahiyyəsinin sol hissəsinə zərbə vuraraq fiziki ağrılar yetirib. Q.Abbasov bundan hiddətlənərək zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə üzərində gəzdirdiyi məişət bıçağı ilə E.Abdullayevə zərbə endirərək onu yaralayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Şəbnəm Mehdizadə