Piyadanın ölümündə təqsirləndirilən sürücüyə 5 il cəza verildi


  • 11:32

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmar Qiyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində hakim İxtiyar Abuşovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Qiyasov 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü E.Qiyasov idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili ilə hərəkətdə olarkən Hacıqabul-Horadiz avtomobil yolunun Saatlı rayonu Varxankənd kəndi ərazisində yolu keçmək istəyən piyada Həsən Aslanovu vurub. H.Aslanov hadisə yerində ölüb.

E.Qiyasova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər