Məhkəmə şirkəti 21 min dollar cərimələdi


  • 15:32

Mərkəzi Bank "Resurs İnşaat" MMC barədə cərimə protokolu tərtib edib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılıb. Məlum olub ki, "Resurs İnşaat" MMC 105954,64 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq bəyan edilməyən 105954,64 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.

Məhkəmənin qərarı ilə "Resurs İnşaat" MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 105954,64 ABŞ dollarının 20 faizi, yəni 21190,928 ABŞ dolları məbləğində cərimə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər