Bakıda 38 yaşlı kişini baltalayaraq öldürən şəxsə ağır cəza verildi


  • 12:59

Bakıda qətl törətkməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun iclası bsş tutub.

E-huquq.az xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkənin hüququ varisi T.Həsənova ən ağır cəzanın verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Həsənov 18 il müddətinə azdlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də Yasamal rayonunda baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Müəyyən edilib ki, Azər İbrahimov yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alaraq ölüb.

Qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

T.Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təbriz Həsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər