- 12:59
Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, o 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Humay Eminqızı