- 5 Dekabr 19:36
“MEDİA könüllüləri” növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
E-huquq.az xəbər verir ki, könüllülər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi Aida Hüseyn könüllülərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda könüllülər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

