- 11:31
Bakıda "OBA Market"dən oğurluq etməkdə ittiham olunan İsrail Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Bayramov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Bayramov "OBA Market"dən ümumilikdə 3564 manat dəyərində tütün məmulatları oğurlayıb. O, oğurladığı siqaretləri dəyərlərindən ucuz qiymətə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib. İ.Bayramova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə