Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanacaq


  • 14:45

Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada yer alan görüləcək tədbirlər sırasında yer alıb.

Sənəddə qeyd olunub ki, həmin müddətdə yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək.

Eyni zamanda məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması da nəzərdə tutulur.

Bundan başqa, məhkəmə ekspertizası sahəsində dövlət standartlarının hazırlanması və qəbulu, məhkəmə ekspertizası ensiklopediyasının hazırlanması da planlaşdırılır.

Həmçinin məhkəmə ekspertizası idarələrində keyfiyyət təminatı sistemi qurulacaq.

Bununla yanaşı, sınaq laboratoriyaları "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğun olaraq akkreditasiyadan keçiriləcək, məhkəmə ekspertizasının aparılması şərtlərini və qaydalarını müəyyən edən təlimat hazırlanacaq.

Oxşar xəbərlər