- 26 May 20:35
Xarici ölkədən avtomobil gətirmək adı ilə dələduzluq etməkdə Vüqar Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 2 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, V.Nəcəfov tanışına Çin Xalq Respublikasından "Changan Q 05" markalı avtomobilin gətirilməsində köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq zərərçəkmişin 13 000 manat pulunu dələlduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə