- 13:20
Azərbaycan Respublikası Ali Məhkəməsində Kommersiya kollegiyasının hakimi Aida Hüseynin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sədr vəzifəsinə təyin olunması münasibətilə tədbir keçirilib.
Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.
Tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Aida Hüseyni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Aida Hüseyn uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə mühüm töhfələr verib. Bildirilib ki, onun bundan sonrakı fəaliyyəti də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək.
Aida Hüseyn çıxışında ona göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına səylə çalışacağını qeyd edib.
