- 13:39
Ağdamda kişi toyuqlara su vermək üstündə arvadını döyüb.
E-huquq.az xəbər verir ki, hadisə Ağdam rayonunun Əfətli kəndində baş verib.
Belə ki, kişi atası evində olduğu vaxt arvadı ona zəng vuraraq yaşadığı evə gəlib toyuqlara su verməsini tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Qadın ərini təhqir edib, kişi isə evə gələn zaman arvadını döyüb. Hadisə zamanı kişinin əlində bıçaq olub. Qadın dərhal polisə zəng edərək yardım istəyib. Polis əməkdaşı hadisə yerinə gəlib, kişinin əlindəki bıçağı alaraq mübahisəyə son qoyub.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə həmin şəxs qazancından 20% məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə