Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu


  • 15:27

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Kənan Şirəliyevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə o, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə cari ilin iyun ayında Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1996-cı il il təvəllüdlü K.Şirəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevi vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Şirvan şəhər xəstəxanasında ölüb. K.Şirəliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər