- 15:27
Bakıda lotereya oyunları təşkil etmək adı ilə vətəndaşlara qarşı dələduzluq eməkdə təqsirləndirilən Gülay Sadıqzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesDə hökm oxunub.
Hökmə əsasən, G.Sadıqzadə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasIna (elekktron qolbaq) məhkum edilib.
İttihama görə, o, 4 nəfərə qarşı ümumilikdə 25 700 manat zərər vurub. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə