Su xəttinə görə dava düşdü - Qonşusunu döydü


  • 17 Dekabr 2025 14:57

Şəkidə qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Nəsibə Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Şəki Rayon Məhkəməsində hakim Pərvanə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Babayeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, N.Babayeva Şəki rayonunun Baş Göynük kəndində yaşadığı yerdə qonşularının çəkdiyi su xəttindən öz həyətinə su xətti çəkmək istəyərkən həmkəndlisi olan zərərçəkmiş şəxs tərəfindən etirazla qarşılanıb. Bu etiraz səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə çoxsaylı zərbələr vurub. Nəticədə zərərçəkmişin bədənində xəsarətlər yaranıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər