"Azəraqrar" cərimələndi


  • 17:31

Maliyyə Nazirliyi "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC barədə cərimə protokolu tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, protokolda qeyd olunub ki, "Azəraqrar" tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmayıb. Nəticədə, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törəsib.

Protokola Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarına əsasən, "Azəraqrar" həmin xətanı törətməkdə təqsirli bilinib və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər