- 16:04
Astarada həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Nicat Tağıyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Astara rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Tağıyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, aralarındakı narazılıqların əsas səbəbi N.Tağıyevin anasına məxsus evdə başqa qadınla yaşaması və L.Tağıyevanı aldatması olub. L.Tağıyeva ondan boşanmaq istəyib, N.Tağıyev isə boşanmaq istədiyi üçün onu döyüb və boşanmağa qoymayıb. Sonuncu dəfə isə həyat yoldaşı ilə aralarında uşağı dənizə aparmaq ilə bağlı mübahisə yaranıb. L.Tağıyeva onu və qızını dənizə aparmadığı üçün narazılıq etməyə başlayıb. Bu səbəbdən onlar dalaşıb. Dava zamanı N.Tağıyev həyat yoldaşına xəsarətlər yetirib. Hadisədən sonra qadın Astara Rayon Mərkəzi Xəstəxanasına gedib, orada
ona tibbi yardım göstərilib. Xəstəxanada hadisə barədə məlumat verilib və oraya polis əməkdaşları gəlib. N.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə