Məzmuna keç

Dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxundu

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Əfqanıstan vətəndaşları barədə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Astara Rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm elan edilib.

Hökmə əsasən, hər iki şəxs Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məlumata görə, 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıblar. Araşdırmalar nəticəsində saxlanılan şəxslərin Avropa ölkələrinə miqrasiya etmək məqsədilə Azərbaycan ərazisindən tranzit keçməyi planlaşdırdıqları müəyyən edilib.

Şəbnəm Mehdizadə