Fəhlə yerdən tapdığı bank kartı ilə alış-veriş etdi - Məhkəməlik oldu


  • 16:04

Bakıda bank kartından oğurluq etməkdə təqsirləndirilən Taryel Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm xounub.

Hökmə əsasən, T.Bayramova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin olunub.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü, Bakıda fəhlə kimi fəaliyyət göstərən T.Bayramov Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin qarşısında yerdən "Birbank” kartını tapıb götürüb. Sonra Bakı şəhərində müxtəlif marketlərdə və mağazalarda həmin bank kartı ilə alış-veriş edib. Ümumilikdə zərərçəkmiş şəxsin hesabından 325 manat 31 qəpik məbləğində oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər