İnam Kərimov: "Ədalətli məhkəmə araşdırması peşəkar və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür"


  • 11:51

"Vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür".

E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şuranın sədri İnam Kərimov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.

O bildirib ki, məhkəmə sistemi ilə vəkillik institutu arasında münasibətlər qarşılıqlı hörmət və hüquqi əməkdaşlıq üzərində qurulmuş tərəfdaşlıqdır: "Hakimlərin müstəqilliyi və vəkillərin sərbəst fəaliyyəti bir-birini tamamlayan, eyni məqsədə - ədalətin bərqərar olmasına xidmət edən konstitusion dəyərlərdir".

Humay Eminqızı

Oxşar xəbərlər